Rusiya Suriyadakı təhlükəsizlik zonalardan çəkilməyib

Rusiya Suriyadakı təhlükəsizlik zonalardan çəkilməyib
  27 İyun 2018    Oxunub:1683
Rusiyanın Suriyanın cənubundakı təhlükəsizlik zonları ilə bağlı sazişdən çıxması yalan mləumatdır.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Türkiyənin Anadolu agentliyinin Hmeymim aviabazasının “Facebook”dakı saxta səhifəsinə istinadən Rusiyanın Suriyanın cənubundakı təhlükəszilik zonalarına dair sazişdən çıxmasilə bağlı yaydığı məlumat həqiqəti əks etdirmir”, – deyə bəyanatda vurğulanır.

Həmçinin qeyd olunur ki, Suriyadakı rus hərbi birləşmələrinin fəaliyyəti barədə bütün informasiyalar yalnız Rusiya Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən şəxsən ictimaiyyətə çatdırılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Suriya   Hmeymim  



Xəbər lenti