Avropa ölkələrinə ABŞ-la bağlı xəbərdarlıq

Avropa ölkələrinə ABŞ-la bağlı xəbərdarlıq
  27 İyun 2018    Oxunub:1524
Vaşinqtonla dialoqda Brüssel daha arzuolunmaz və əlverişsiz ssenarilərə hazır olmalıdır.

AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk 28-29 iyun tarixlərində keçiriləcək Aİ sammitinin iştirakçılarına ünvanladığı məktubunda bəyan edib.
Bildirib ki, Avropa ölkələri Kanadada keçirilən G7 (“Böyük yeddilik”) sammitinin nəticələrinə uyğun olaraq formalaşan geosiyasi konteksti nəzərə almalıdırlar.

“Qərbin vahidliyini qorumaq barədə bizim israrlı cəhdlərimizə baxmayaraq, ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasət üzündən transatlantik münasibətlər böyük təzyiq altındadır”, – deyə Tusk vurğulayıb.

Aİ Şurası sədrinin sözlərinə görə, ABŞ və Avropa İttifaqı arasındakı fikir ayrılıqları təkcə ticarət sahəsində müşahidə olunmur. Bu mənada, Tusk Avropa İttifaqına üzv ölkələrə vəd verib ki, yaxın zamanlarda məsələ ilə bağlı öz siyasi qiymətləndirməsini onlarla bölüşəcək.

Tusk ümid edib ki, ABŞ-la münasibətlərdəki gərginlik öz həllini tapacaq. Lakin Avropanı ən pis ssenarilərə hazır olmağa çağırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Avropaittifaqı  





Xəbər lenti