Tramp-Putin görüşünün gündəliyi açıqlandı

Tramp-Putin görüşünün gündəliyi açıqlandı
  28 İyun 2018    Oxunub:1227
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı iqtisadi əlaqələr də daxil olmaqla Ukrayna və Suriyadakı vəziyyəti müzakirə edəcək.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
“Görüş zamanı Rusiyanın Böyük Yeddilik (G7) ölkələri qrupa qayıtması müzakirə olunacaqmı” sualına M. Pens “Fikrimcə, çox şey müzakirə ediləcək. O, (Tramp-кув) əvvəllər də prezident Putinlə artıq bunu müzakirə edib. Ümidvarıq ki, bu məsələ yenidən müzakirə ediləcək”, - deyə cavab verib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini bəyan edib. Tramp görüşün Helsinkidə NATO-nun 11-12 iyul sammitindən sonra keçirilə biləcəyini söyləyib.

AzVision.az


Teqlər: Tramp   Putin  





Xəbər lenti