ABŞ BMT ölkələrini İrana qarşı birləşməyə çağırdı

ABŞ BMT ölkələrini İrana qarşı birləşməyə çağırdı
  28 İyun 2018    Oxunub:1010
Vaşinqton İrana qarşı sanksiyalar siyasətini davam etdirmək niyyətindədir və BMT Təhlükəszilik Şurasının (TŞ) digər üzvlərini də ona qoşulmağa çağırır.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Conatan Koen deyib.
“Yeni sanksiyalar bizim sərt mövqeyimizi nümayiş etdirir və bu cür sanksiyalar davamlı olacaq”, – deyə Koen vurğulayıb. O, həmçinin, İranı silah satışına qadağa daxil olmaqla, BMT TŞ-nın qətnamələrini pozmaqda ittiham edib.

Qeyd edək ki, mayın 8-də ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxması və sanksiyaları bərpa etməsindən sonra sazişin digər iştirakçıları, o cümlədən Avropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya sankiyalara rəğmən nüvə anlaşmasında qalmaqla böyük zərərlə üzləşməyəcəyinə dair Tehrana iqtisadi-siyasi zəmanət veriblər. Onlar, həmçinin İranı əmin ediblər ki, hazırkı nüvə sazişinin qorunub saxlanmasına tərəfdardırlar. Lakin Avropaya inanmadığını deyən Tehran, uranın zənginləşdirilməsinə dair qərar qəbul edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İran   BMT   sanksiya  



Xəbər lenti