Ərdoğana görə 12 nəfər həbs olundu

Ərdoğana görə 12 nəfər həbs olundu
  28 İyun 2018    Oxunub:2114
Türkiyənin İzmir şəhər məhkəməsi ölkə prezidenti Rəcəb Tayyip Ərdoğanı təhqir edən 12 nəfər türk vətəndaşının həbsi barədə qərar çıxarıb.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, həmin şəxslər prezident seçkilərində Ərdoğanın rəqibi, CHP-dən olan namizəd Muharrəm İncənin İzmirdəki yüz minlərlə insanın toplaşdığı mitinqi ərəfəsində ölkə başçısını təhqir ediblər.
Restoranda olan 12 Türkiyə vətəndaşı içkili halda Ərdoğanın ünvanına təhqirlər səsləndiriblər və onların bu vəziyyətdəki videosu sosial şəbəkələrdə yayılıb.

Həbs olunanlar yüksək vəzifəli dövlət adamlarını təhqir etmə maddəsi ilə ittiham olunublar. Türkiyə qanunvericiliyinə əsasən, yüksək vəzifəli şəxsi təhqir edənlərə pul cəriməsi, yaxud 1 ildən 4 ilədək həbs cəzası nəzərdə tutulur.

Türkiyə müxalifəti iddia edib ki, hökumət bu məsələdən istifadə edərək, Ərdoğanın yürütdüyü siyasətlə razılaşmayanlara qarşı təzyiq həyata keçirir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   seçki  





Xəbər lenti