Sarkisyanı qoruyan həbs olundu

Sarkisyanı qoruyan həbs olundu
  28 İyun 2018    Oxunub:1306
Ermənistanın dövlət mühafizə xidmətinin rəis müavini, sabiq prezident və baş nazir Serj Sarkisyanın təhlükəsizlik xidmətinin rəisi olmuş Vaçaqan Kazaryan həbs olunub.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətindən məlumat verilib. Məhkəmə istintaq orqanının şikayətini təmin edərək Kazaryanın həbs olunması barədə qərar çıxarıb.
O, gəlirlərin gizlədilməsi və qanunsuz yolla varlanma maddələri ilə ittiham olunur. 20 iyunda Kazaryanın evində keçirilən əmliyyat-axtarış tədbirləri nəticəsində 35 milyn dram, 1 milyon 110 min dollar, 230 min 500 avro nəğd pul tapılıb.

“Unibank”dakı hesabında isə Kazaryanın 436 milyon dram vəsait saxladığı aşkarlanıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   korrupsiya   istintaq  





Xəbər lenti