ABŞ Cənubi Koreyadan çəkilməyəcək

ABŞ Cənubi Koreyadan çəkilməyəcək
  28 İyun 2018    Oxunub:1025
ABŞ Cənubi Koreyadakı hərbi kontingentinin say tərkibini dəyişməyəcək.

AzVision.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Ceyms Mettis Seulda Cənubi Koreyalı həmkarı Son Yon Mu ilə keçirdiyi görüşdə bəyan edib.
“ABŞ amerikalı hərbçilərin sayının hazırkı vəziyyətdə saxlanılması da daxil olmaqla, Cənubi Koreya qarşısındakı öhdəliklərini yerinə yetirmək üçün əldə olan bütün imkanlardan istifadə edir” – deyə Mettis vurğulayıb.

Bundan əvvəl xarici KİV-lərdə bildirilirdi ki, ABŞ prezidenti Donald Tramp Cənubi Koreyadakı amerikalı hərbçilərin sayının azaldılması barədə Pentaqona göstəriş verib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Koreya  





Xəbər lenti