İrandan nüvə sazişi ölkələrinə yeni təklif

İrandan nüvə sazişi ölkələrinə yeni təklif
  28 İyun 2018    Oxunub:1095
Rəsmi Tehran Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin xarici işlər nazirləri səviyyəsində yeni görüş keçirməyi təklif edib.

AzVision.az bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.
Onun sözlərinə görə, İran “beşlik” ölkələrinin xarici işlər nazirlərinin birgə komissiyasının yaradılması barədə düşünür.

Qeyd edək ki, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planının iştirakçı ölkələridir. Onlar, xüsusən "Avropa üçlüyü" həm də, 8 mayda ABŞ birtərəfli qaydada bu sazişdən çıxdıqdan və sanksiyiaların bərpasından sonra nüvə sazişində qalmaqla İranın zərərlə üzləşməyəcəyinə dair qarant verən ölkələrdir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İran   Rusiya   nüvə  



Xəbər lenti