İrəvanda əsgər anaları, əlil pilotlar etiraz edir

İrəvanda əsgər anaları, əlil pilotlar etiraz edir
  28 İyun 2018    Oxunub:1663
Ermənistanın paytaxtı İrəvanda yenidən etiraz aksiyaları başlayıb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, həlak olan hərbi qulluqçuların anaları, əlil pilotlar və digər problemi olan vətəndaşlar hökumət binası qarşısında toplaşaraq onlara qarşı edilən haqsızlıqlara etirazlarını bildiriblər.
Nümayişçilər problemlərin Paşinyan hökuməti tərəfindən dinlənilməsi və həllini tələb ediblər.

Ermənistan hökumətinin ənənəvi iclasından əvvəl keçirlən etiraz aksiyası zamanı sakinlər hökumət binasının girişini bağlayıblar. Nəticədə aksiya iştirakçıları ilə rastlaşmamaq üçün nazirlərin böyük əksəriyyəti binaya əsas girişdən yox, ehiyat girişdən daxil olublar.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: İrəvan   Etiraz  



Xəbər lenti