Prezidentlərin görüş yeri dəqiqləşdi - VİDEO

Prezidentlərin görüş yeri dəqiqləşdi - VİDEO
  28 İyun 2018    Oxunub:1318
Kreml və Ağ Ev ABŞ-Rusiya sammitinin Helsinkidə keçirilməsinə dair razılığa gəliblər.

AzVision.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə ilk görüşü barədə dəqiq razılıq Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun dünən Moskvaya səfəri zamanı əldə edilib.

Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək görüşün dəqiq tarixi isə yaxın saatlarda açıqlanacaq.


Putinin köməkçisi Yuri Uşakov isə bildirib ki, ikitərəfli sammitdə Putinlə Tramp təkbətək görüş keçirəcək, daha sonra birgə mətbuat konfransında çıxış edib jurnalistlərin suallarını cavablandıracaqlar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti