Paşinyan MTX rəisinin anasına da vəzifə verdi

Paşinyan MTX rəisinin anasına da vəzifə verdi
  28 İyun 2018    Oxunub:1377
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra korrupsiya və rüşvət alma, qanunsuz varlanma, mal varlığını gizlətmə hallarına qarşı aparılan mübarizənin baş icraçısı olan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanın anası Marqarita Azaryana Ermənistan hökümətində yüksək vəzifə verilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın qərarı ilə Marqarita Azaryan baş nazirin administrasiyasının kadrlar və şəxsi heyətin idarə olunması idarəsinin rəisi təyin edilib.

Xatırladaq ki, Marqarita Azaryan bundan əvvəl prezident administrasiyasının kadrlar idarəsinin rəisi olub.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan   MTX   İrəvan  





Xəbər lenti