Milyarder Kərimova qarşı bütün ittihamlar ləğv olundu

Milyarder Kərimova qarşı bütün ittihamlar ləğv olundu
  28 İyun 2018    Oxunub:1936
Fransada rusiyalı milyarder, senator Süleyman Kərimova qarşı irəli sürülən bütün ittihamlar ləğv olunub.

Bu barədə "RİA Novosti" agentliyinə senatorun vəkili məlumat verib. Bildirib ki, Kərimovun pasportu və girov qoyulan pul yaxın vaxtlarda geri qaytarılacaq.
Qeyd edək ki, Süleyman Kərimov ötən ilin noyabrından Fransada istintaq altında saxlanılır. Ona qarşı pulların yuyulması və vergidən yayınma üzrə ittiham irəli sürülüb. Kərimov 5 milyon avro girov müqabilində sərbəst buraxılsa da, azadlığı məhdudlaşdırılıb, o cümlədən Sahilyanı Alplar departamentinin ərazisini tərk etməsi qadağan olunub. Dekabrın əvvəlində girovun məbləği 40 milyon avroyadək artırılıb.

Süleyman Kərimov Rusiya Federasiya Şurasının Dağıstandan olan üzvüdür. Bizneslə məşğul olur, “Nafta Moskva” holdinqinə nəzarət edir. O, “Forbes” jurnalının versiyası üzrə ən varlı sahibkarların reytinqində 21-ci yeri tutur.

AzVision.az


Teqlər: Süleyman-Kərimov  





Xəbər lenti