Qəzet redaksiyasındakı atışmada 5 nəfər ölüb

Qəzet redaksiyasındakı atışmada 5 nəfər ölüb
  29 İyun 2018    Oxunub:1154
ABŞ-ın Merilənd ştatının mərkəzi Annapolis şəhərində yerləşən “Capital Gazette” nəşrinin redaksiyasında baş vermiş atışma nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
"RİA Novosti"-nin verdiyi məlumata görə, bu barədə Annapolis şəhərinin polisinin nümayəndəsi bildirib.

Qeyd edilib ki, insident nəticəsində bir nəfər şəxs şübhəli qismində saxlanılıb. Polis redaksiya binasını təxliyə edib, orada axtarışlar aparıb.

Hadisənin təfərrüatları hələlik məlum deyil, faktla bağlı cinayət işi açılıb.

AzVision.az


Teqlər: ABŞ   Atışma   Qəzet  



Xəbər lenti