Avropa miqranları Afrikaya sürgün etmək istəyir

Avropa miqranları Afrikaya sürgün etmək istəyir
  29 İyun 2018    Oxunub:1698
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk "Tvitter" hesabında quruma üzv ölkələrin miqrantlarla bağlı vahid siyasət yürütməyə dair razılığa gəldiklərini bəyan edib.

AzVision.az-ın “Deutsche Welle”yə istinadən verdiyi məlumata görə, Lüksemburqun baş naziri Ksavye Bettel bidirib ki, Brüsseldəki sammitdə Aİ-nın 28 dövləti 12 saat ərzində davam edən danışıqlarda miqrantların qəbulu ilə bağlı anlaşma əldə ediblər.
Razılığa əsasən, Aralıq dənizi vasitəsilə Yaxın Şərq və Şimali Afrikadan qaçıb gələn miqrantların qəbulu üçün Aİ-yə üzv ölkələrin ərazisində düşərgələr və nəzarət məntəqələri yaradılacaq. Sonra isə həmin düşərgələrdə müvəqqəti yerləşdirilən miqrantlar onları könüllü surətdə saxlamağa hazır olan Aİ ölkələri arasında bölüşdürüləcəklər. Lakin miqrantları hansı ölkələrin qəbul etməyə hazır olduğu hələ ki bəlli deyil.

İsveç isə təklif edib ki, Avropadakı miqrant böhranını tənzimləmək üçün, miqrantların yaşayacağı ölkələri sərbəst şəkildə özlərinin seçməsi qadağan olunmalıdır.

Aİ-nın yeni miqrant siyasətində, həmçinin qeyd olunub ki, Aralıq dənizindən keçərək köhnə qitəyə pənah gətirənlərin sayını azaltmaq üçün Şimali Afrika ölkələrindən birinin ərazisində miqrant düşərgəsi salınacaq. Həmçinin, miqrant axınının qarşısını almaq üçün Afrika İnam Fonduna əlavə 500 milyon avro veriləcək.

Qeyd edək ki, Brüsseldəki sammit çərçivəsində İtaliya Aİ üzv ölkələrinin birgə yekun bəyanatını bloklayıb. Bu üzdən yenidən müzakirələr aparılılb. Sammitdə Ukrayna münaqişəsinin həllində irəliləyiş olmaması səbəbindən, Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzatmaq qərarı alınıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Avropa   miqrant  





Xəbər lenti