ABŞ-ın Avropa İttifaqını parçalamaq planı

ABŞ-ın Avropa İttifaqını parçalamaq planı
  29 İyun 2018    Oxunub:1351
Gələn ay NATO sammitində iştiraka, ardınca isə Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə tarixi görüşə hazırlaşan Donald Tramp, öz administrasiyasının Vaşinqtonun müttəfiqlərini ABŞ-ın hələ də transatlantik layihəyə sadiq qaldığına inandırmaq cəhdlərinə kölgə salaraq, Avropa İttifaqı (Aİ) və Qərb nizamının digər dayaqlarına şəxsi hücumlar gerçəkləşdirir.
AzVision.az xəbər verir ki, bu barədə “Washington Post” nəşri yazıb.

Qəzet Aİ-dakı rəsmi mənbələrə istinadən bildirib ki, Tramp Fransa prezidenti Emmanuel Makrona Aİ-dan çıxmağı təklif edib. Aprelin sonunda Ağ Evdə Makronla keçirdiyi qapalı görüşdə ticarət məsələlərini müzakirə edərkən Tramp Fransa prezidentinə “Niyə Aİ-nı tərk etmirsiniz?” sualını verib. Sonra isə əlavə edib ki, əgər Aİ-dan çıxsa, ABŞ Fransaya İttifaqla müqayisədə daha əlverişli şərtlərlə ikitərəfli ticarət sazişi təklif edəcək.



“Washington Post” xüsusilə vurğulayıb ki, ağ Ev Avropalı rəsmilərin söylədiklərinin doğru olub-olmadığını mübahisə etməyiblər, lakin məsələni şərh etməkdən yayınıblar.

G7 (“Böyük yeddilik”) sammitindən sonra isə Tramp avroatlantik əmkdaşlığın daha bir sütununun fəaliyyətini laxtalatmaq istəyini ortaya qoyub.

“Washington Post”un yazdığına görə, sammitdə Tramp NATO-nun NAFTA qədər pis təşkilat olduğunu deyib və İsveç baş nazirinə ABŞ-ın alyansdan çıxmalı olduğunu söyləyib.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: ABŞ   Avropaittifaqı  





Xəbər lenti