İmtahana hazırlaşan müəllimlərin nəzərinə!
O bildirib ki, imtahanlarda texnologiya, fiziki tərbiyə, musiqi, təsviri incəsənət, riyaziyyat fənləri üzrə orta bal aşağı olur: “Bu fənlər üzrə ballar aşağı salınır. İbtidai sinif müəllimliyində isə orta bal nisbətən yüksəkdir”.
M.Camalzadə müəllimlərin işə qəbulu qaydalarında hər il təkmilləşdirmə işinin aparıldığını və dəyişiklərin olduğunu deyib.
“Bu dəyişiklərin mahiyyəti prosesi daha da təkmilləşdirməkdir. Heç də həmişə proses mükəmməl həyata keçirilmir, texniki səhvlərin olduğu müşahidə edirik, öz səhvlərimizi aradan qaldırmaq üçün təkmilləşdirmə işi aparırıq. Bu il də dəyişiklər edildi. Müzakirələrin predmeti ondan ibarətdir ki, ötən dövrlər ərzində hansı səhvləri buraxmışıq və nəyə nail olmaq istəyirik. Növbəti illərdə də mütərəqqi dəyişiklər olacaq”.
Aytən Zəhra
AzVision.az