Fransa miqrant məntəqələri açmaqdan imtina etdi
AzVision.az bildirir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bəyan edib.
“Fransa miqrantların ilk dayanma ölkəsi deyil. Bir çoxları bizi buna təhrik etməyə çalşırlar, amma mən bu cəhdləri rədd edirəm. Çünki biz, öz prinsip və iş metodlarımızı vaxtaşırı nəzərdən keçirməməliyik”, – deyə Makron vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Brüsseldəki sammitdə 28 üzv-dövlət 12 saat davam edən danışıqların yekununda miqrantların qəbulu ilə bağlı anlaşma əldə ediblər. Razılığa əsasən, Aralıq dənizi vasitəsilə Yaxın Şərq və Şimali Afrikadan qaçıb gələn miqrantların qəbulu üçün Aİ-yə üzv ölkələrin ərazisində düşərgələr və nəzarət məntəqələri yaradılacaq. Sonra isə həmin düşərgələrdə müvəqqəti yerləşdirilən miqrantlar, onları könüllü surətdə saxlamağa hazır olan Aİ ölkələri arasında bölüşdürüləcəklər. Lakin miqrantları hansı ölkələrin könüllü şəkildə qəbul etməyə hazır olduğu hələ ki bəlli deyil.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


