AMEA Professorlarının Koordinasiya Şurası yaradılıb

AMEA Professorlarının Koordinasiya Şurası yaradılıb
  29 İyun 2018    Oxunub:1529
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Professorlarının Koordinasiya Şurası yaradılıb.
AzVision.az-ın məlumatına görə, AMEA prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edərkən deyib ki, şuranın yaradılmasında məqsəd AMEA-nın professorları üçün müəyyən edilmiş vəzifələrin icrasını təmin etmək, həmçinin AMEA professorlarının Akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaqdır.

A.Əlizadə qeyd edib ki, AMEA-nın professorlarının qarşısında bir sıra mühüm vəzifələr müəyyən edilib. Onlar bu vəzifələrin həyata keçirilməsində fəal iştirak etməli, öz fəaliyyətində elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət ayırmalı, kadr hazırlığına və tədris prosesində elmi biliklərin və nailiyyətlərin təbliğinə, habelə innovativ fəaliyyətin inkişaf etdirilməsinə dəstək verməlidirlər.

iclasda Rəyasət Heyətinin qərarı ilə şura yaradılıb, əsasnaməsinin hazırlanması barədə tapşırıq verilib.

AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti