Türkiyə müttəfiqinin düşmənini müdafiə etdi
AzVision.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirmişdi ki, Vaşinqton noyabrın əvvəlinədək öz müttəfiqlərinin İrandan neft idxalını dayandırmalarına nail olmağa çalışacaq. Hazırda qeyri-müttəfiq ölkələr - Çin və Hindistanla da oxşar danışıqlar aparılır.
Qeyd edək ki, mayın 8-də ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxması və sanksiyaları bərpa etməsindən sonra sazişin digər iştirakçıları, o cümlədən Avropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya sankiyalara rəğmən nüvə anlaşmasında qalmaqla böyük zərərlə üzləşməyəcəyinə dair Tehrana iqtisadi-siyasi zəmanət veriblər. Onlar, həmçinin İranı əmin ediblər ki, hazırkı nüvə sazişinin qorunub saxlanmasına tərəfdardırlar. Lakin Avropaya inanmadığını deyən Tehran, uranın zənginləşdirilməsinə dair qərar qəbul edib.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


