Qəzzada qarşıdurma: Ölən və xeyli yaralı var

Qəzzada qarşıdurma: Ölən və xeyli yaralı var
  30 İyun 2018    Oxunub:1331
Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Xan-Yunis şəhərində 13 yaşlı oğlan aldığı güllə yarasından keçinib.

Gün ərzində baş verən toqquşmalarda 6-sı uşaq olmaqla 310 fələstinli yaralanıb, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir. Bu gün keçirilən aksiyalarda 2 minədək fələstinlinin iştirak etdiyi bildirilir.

AzVision.az


Teqlər: İsrail   Qəzza  



Xəbər lenti