Ermənistanın qərargah rəisi Azərbaycandan qorxusunu gizlədə bilmədi
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-mayor Artak Davtyan deyib.
Bakıdakı parada münasibət bildirən Davtyan Azərbaycan ordusunun gücünü etiraf etmək məcburiyyətində qalıb. Bununla belə, erməni əhalisini arxayın etmək üçün Bakını regionda silahlanma yarışına start verməkdə ittiham edərək, mümkün eskalasiyada Ermənistan ordusunun effektiv müdafiə oluna biləcəyini deyib.
“Ermənistan müdafiə nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin silahlanma gücü barədə məlumatları Bakıda keçirilən paraddan əldə etdiyini düşünmək sadəlövhlük olardı. Sözsüz ki, biz onların hansı silahlara malik olduqlarını, hansı növ hərbi texnikaya üstünlük verdikləri və bundan sonra necə silahlar almağa çalışdıqlarını bilirik. Əlbəttə ki, Azərbaycanın müasir silahlarla hərbiləşməsi Ermənistanı narahat edir” – deyə Ermənistanın baş qərargah rəisi bildirib.
Erməni mediası yazır ki, bununla da Davtyan dolayısilə etiraf edib ki, Cənubi Qafqazda hərbi balans növbəti dəfə Azərbaycanın xeyrinə dəyişib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Azərbaycan DağlıqQarabağ Ermənistan parad