Tramp Krımın müstəqilliyini tanıyacaq

Tramp Krımın müstəqilliyini tanıyacaq
  30 İyun 2018    Oxunub:1456
ABŞ prezidenti Donald Tramp Krımı Rusiya ərazisinin tərkib hissəsi kimi tanıya biləcəyini istisna etməyib.

AzVision.az bildirir ki, bu barədə ABŞ prezident ittifaqının üzvləri məlumat veriblər.
Qeyd olunur ki, Krımın Rusiyaya birləşdirilməsini tanımaqla bağlı Tramp “baxarıq” ifadəsini işlədib. Həmçinin, Ukraynanın Krımı itirməsində ABŞ-ın sabiq prezidenti Barak Obamanı günahlandırıb. Trampa görə, Krımın ilhaqını Obamanın həyata keçirtdiyi siyasət mümkün edib.

Qeyd edək ki, bundan əvvəl BuzzFeed News diplomatik mənbəyə istinadən bildirmişdi ki, Kanadadakı sammitdə Tramp G7 (“Böyük yeddilik”) ölkələrinin liderlərinə Krımın Rusiyaya məxsus olduğunu deyib. ABŞ prezidenti G7 ölkələrinin Kiyevə göstərdikləri dəstəyi sual altına qoyaraq, Ukraynanı dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri adlandırıb.

Krımla bağlı istənilən şərh və xəbərlərə Kreml “Krım mövzusu artıq bağlanıb” cavabını verir. İyulun 16-da Helsinkidə Trampla Rusiya prezidenti Vladimir Putinin ilk təkbətək görüşü keçiriləcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Krım   Ukrayna  





Xəbər lenti