Ermənistanda kuryoz hadisə: Sarkisyanları səhv saldılar

Ermənistanda kuryoz hadisə: Sarkisyanları səhv saldılar
  30 İyun 2018    Oxunub:2416
Ermənistan prezidentinin mətbuat xidməti hazırkı prezident Armen Sarkisyanı onun sələfi Serj Sarkisyanla səhv salıb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu cür gülünc, bir o qədər də ciddi diplomatik səhv dünən Ermənistan prezidentinin Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşü ilə bağlı rəsmi saytda yerləşdirilən bəyanatda buraxılıb.

Ermənistan prezidentinin mətbuat xidməti yazıb ki, 29 iyunda prezident Serj Sarkisyan ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb. Xəbərə birləşdirilən fotoda isə Pompeonun yanında fəaliyyətdə olan hazırkı prezident Armen Sarkisyan əks olunub.

Hazırkı prezident Armen Sarkisyanın yerinə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın adını yazdığını görən mətbuat xidməti sonradan bəyanatda düzəliş edib.

Xatırladaq ki, Serj Sarkisyan 2008-dən 2018-ci ilin 9 aprelinədək Ermənistanın prezidenti olub. Ondan sonra bu posta Armen Sarkisyan yiyələnib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   ABŞ  





Xəbər lenti