Belçika ərəblərə silah satışını dayandırdı
AzVision.az xəbər verir ki, bu barədə "Belga" agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2017-ci ildə Səudiyyə Ərəbistanı 153 milyon dollarlıq məhsul almaqla, Belçikanın “FN Herstal” hərbi şirkətinin ilk müştərisi olub. Lakin “Amnesty International”ın dəstəyi ilə Belçikadakı insan hüquqları üzrə bir sıra QHT-lər və mərkəzlər Dövlət Şurasına müraciət göndərərək, Səudiyyə Ərəbistanına uçuş aparatları və silahların ixracını nəzərdə tutan 28 lisenziyanın ləğv edilməsini, həmçinin Avropa İttifaqı səviyyəsində Ər-Riyada silah satışına embarqo qoyulmasını tələb ediblər. Onlar qeyri-demokratik ölkələrə, o cümlədən əsas insan hüquqlarının təmin edilmədiyi və pozulduğu Səudiyyə Ərəbistanının silahlandırılmasının əleyhinədirlər.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Belçika Səudiyyə “AmnestyInternational”







Vaxtında, Aydın, Lazımlı!


