NATO Çexiyada peyk-kəşfiyyat sistemi yerləşdirir

NATO Çexiyada peyk-kəşfiyyat sistemi yerləşdirir
  30 İyun 2018    Oxunub:1570
NATO Çexiyada SATCEN kod adı altında peyk nəzarəti üzrə birgə mərkəz yaradır.

AzVision.az bildirir ki, bu barədə Çexiyanın hərbi kəşfiyyat orqanının mətbuat katibi Aljbeta Ritqofora məlumat verib.
Onun sözlərinə görə, peyk informasiyasının operativ təhlili üzrə obyektin tikintisinə sabahdan – 1 iyuldan start veriləcək.

“O, bir sıra tapşırıqlardan başqa, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması zamanı xilasedicilərə lazımi köməyin göstərilməsi üçün şəkillər çəkəcək. Bundan başqa, mərkəzin işçiləri NATO-nun başçılığı ilə beynəlxalq missiyalar üçün radarlardan əldə olunan məlumatları idarə edəcək”, – deyə Ritqofora bildirib.



NATO-nun “kosmik gözü” adlandırılan SATCEN mərkəzi hərbçiləri peyk vasitəsilə əldə olunan şəkillər və informasiya ilə təmin edəcək. Çexiyadakı NATO peyk-kəşfyyat sistemi tam şəkildə 2020-ci ildə istismara veriləcək. Mərkəzdə 50 mütəxəssis çalışacaq. Obyektin tikintisi üçün maliyyəni Çexiya hökuməti ayırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: NATO   Çexiya   peyknəzarətmərkəzi  





Xəbər lenti