“Boeing” səsdən sürətli təyyarə hazırlayacaq

“Boeing” səsdən sürətli təyyarə hazırlayacaq
  30 İyun 2018    Oxunub:2137
“Boeing” kompaniyası saatda 6 min kilometr sürətlə uçan səsdən sürətli yeni sərnişin təyyarəsi istehsal etmək niyyətindədir.
AzVision.az "Interfax"-a istinadən xəbər verir ki, yeni təyyarə Atlantik okeanı üzərindən təxminən 2 saata uça biləcək.

İndiyədək bu marşrut üzrə qeydə alınan uçuş sürəti rekordu (2 saat 52 dəqiqə) İngiltərə və Fransanın birgə istehsalı olan “Concorde” təyyarəsinə aiddir. Hazırda səs sürətinə yaxın indiki laynerlər isə Londondan Nyu-Yorka qədər olan məsafəni təxminən 7 saata qət edir.

Kompaniyadan bildiriblər ki, səsdən sürətli yeni təyyarənin istifadəsi ilə istənilən şəxs bir sutka ərzində okeanın o tayına keçərək geri qayıda biləcək.

Ekspertlərin fikrincə, təyyarənin sınaq nümunəsi ən tez 2023-cü ildə havaya qalxacaq. “Boeing” kompaniyası isə 2030-cu illərin sonlarına qədər müntəzəm reysləri həyata keçirməyi planlaşdırır.

AzVision.az


Teqlər: Təyyarə  





Xəbər lenti