Ərdoğan Azərbaycana gəlir

Ərdoğan Azərbaycana gəlir
  30 İyun 2018    Oxunub:3358
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, səfər iyul ayının 10-da baş tuta bilər.

Ehtimal edilir ki, Ərdoğan 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO sammitindən əvvəl Şimali Kiprə də səfər edəcək.

Türkiyənin rəsmi qurumları tərəfindən hələlik səfərlə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Türkiyə prezidentləri ənənəvi olaraq seçkidən sonra ilk xarici səfərlərini Azərbaycana edirlər.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Bakı   Səfər  





Xəbər lenti