Sarkisyanın ata evində axtarış aparılıb

Sarkisyanın ata evində axtarış aparılıb
  30 İyun 2018    Oxunub:2770
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sabiq prezident, keçmiş baş nazir Serj Sarkisyanın Sünik vilayətinin Teq kəndində yerləşən ata evində axtarış aparıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, hazırda orada heç kim yaşamasa da, bina ailə yurdu kimi saxlanılır.

Qeyd edək ki, Serj Sarkisyanın qardaşı, xüsusi tapşırıqlar üzrə səfir Levon Sarkisyan, onun oğlu Narek və qızı Ani qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə ittiham edilir.

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, Narek Sarkisyanın mənzilində aparılan axtarış zamanı onun atası Levon Sarkisyanın adına 6,8 milyon ABŞ dollar məbləğində bank depozit sənədləri aşkarlanıb. Levon Sarkisyan xüsusi tapşırıqlar üzrə səfir kimi bu məbləği bəyannamədə göstərməyib.



Bəyanatda, həmçinin bildirilib ki, L.Sarkisyanın övladları da bəyannamələrində yuxarıda qeyd olunun məbləği qeyd etməyiblər. Faktla bağlı Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsində cinayət işi açılıb.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışıb. 2010-cu ildə isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib.

AzVision.az


Teqlər: Sarkisyan   Ermənistan  





Xəbər lenti