Turistləri aparan avtobus aşıb - 20 yaralı

Turistləri aparan avtobus aşıb - 20 yaralı
  02 İyul 2018    Oxunub:1083
Gürcüstanın Kaxeti bölgəsində turistləri aparan avtobusun aşması nəticəsində yaralıların sayı 20 nəfərə çatıb.
Bu barədə jurnalistlərə Telavi bələdiyyəsi merinin müavini Aka Saçişvili məlumat verib. Bildirilib ki, yaralılar Telavidə iki xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta ağır qiymətləndirilir. Turistlərin əksəriyyəti Belarus vətəndaşlarıdır.

Qeyd edək ki, turistləri Kaxetiyə aparan “Suzuki” markalı avtobus Qambori aşırımında, Tetritsklebi kəndi yaxınlığında aşıb.Qəzanın səbəbləri araşdırılır.

AzVision.az


Teqlər: Gürcüstan   Qəza  





Xəbər lenti