Xorvatiya 1/4 finalda Rusiyaya rəqib oldu - Yenilənib

Xorvatiya 1/4 finalda Rusiyaya rəqib oldu - Yenilənib
  02 İyul 2018    Oxunub:10949
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.
AzVision.az xəbər verir ki, Nijniy Novqorod stadionunda Xorvatiya və Danimarka milliləri qarşılaşıblar. Matçı argentinalı referi Nestor Pitana idarə edib.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə dəqiqələrdə də qalib müəyyənləşməyib. Penaltilər seriyasında Xorvatiya qalib gələrək növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Xorvatiya dörddəbir finalda Rusiya millisi ilə qarşılaşacaq.

AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti