Kanadanın ABŞ-a tətbiq etdiyi tariflər qüvvəyə minib

Kanadanın ABŞ-a tətbiq etdiyi tariflər qüvvəyə minib
  02 İyul 2018    Oxunub:1638
Kanadanın ABŞ-dan idxal olunan məhsullara qarşı tətbiq etdiyi yeni ticarət tarifləri rəsmən qüvvəyə minib.
AzVision.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-dan alınan 40 adda müxtəlif metallurgiya məhsulları, dəmiryolu tikintisində istifadə olunan məhsullar, borular, naqillər və digər mallara 25% gömrük rüsumu tətbiq olunub. 80 adda qida məhsulları və içkilərə isə 10% tarif tətbiq edilib.

Kanadaya idxal edilən amerikan məhsullarına irəli sürülən tariflərin ümumi həcmi 12,5 milyard dollar civarında qiymətləndirilir.

Qeyd edək ki, ABŞ administrasiyası iyunun 1-dən etibarən Avropa İttifaqı ölkələri, Kanada və Meksikadan idxal edilən polad və alüminium məhsullarına müvafiq olaraq 25 və 10 faizlik gömrük rüsumu tətbiq etməyə başlayıb.

ABŞ-ın bu qərarına cavab olaraq, Kanadanın Naliyyə nazirliyi Amerikadan idxal ediləcək bir sıra məhsullara 1 iyuldan etibarən yüksək tariflər tətbiq ediləcəyini açıqlayıb. Vurğulanıb ki, ABŞ mallarına qarşı yüksək gömrük rüsumları Vaşinqton Kanadaya qarşı ticarət məhdudiyyətlərini ləğv edənədək tətbiq olunacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Kanada  





Xəbər lenti