Ukraynanın “əsl dostu” bilindi - Bu, ABŞ deyil

Ukraynanın “əsl dostu” bilindi - Bu, ABŞ deyil
  02 İyul 2018    Oxunub:1604
Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin əsl və ən səmimi dostunun kimliyini açıqlayıb. O, bunun ABŞ olmadığını deyib.

AzVision.az xəbər verir ki, Poroşenko “Facebook” səhifəsində “Yəqin ki, dünyada Ukraynanın Kanadadan daha səmimi dostu yoxdur”, – deyə yazıb və Kanadanın milli günü münasibətilə təbriklərini çatdırıb.
Kanadaya rifah və çiçəklənmə arzulayan Poroşenko, bu ölkənin baş naziri Castin Trüdo ilə birgə çəkdirdiyi fotolardan ibarət video-roliki təbrik mesajına yerləşdirib.

Xatırladaq ki, Kanada Ukraynanın NATO-ya qoşulmasına ən çox dəstək verən ölkələrdəndir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   Poroşenko   Kanada  





Xəbər lenti