Kim nüvə silahından əl çəkmir

Kim nüvə silahından əl çəkmir
  02 İyul 2018    Oxunub:1572
Şimali Koreya Hamhın şəhəri ərazisindəki ballistik raketlər istehsalı ilə məşğul olan müəssisənin genişləndirilməsi prosesini başa çatdırır.

AzVision.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Amerikanın Middlberi beynəlxalq tədqiqatlar institutu Planet Labs Inc. şirkəti tərəfindən əldə edilən peyk şəkillərini tədqiq edərkən Pxenyanın nüvə silahından əl çəkmək istəmədiyi nəticəsinə gəlib.

“Şimali Koreyanın bərk yanacaqlı raketlər istehsal edən infrastrukturunun genişləndirilməsi onu göstərir ki, Kim Çen In nüvə və raket proqramından imtina etməyi planlaşdırmır”, – deyə institutun alimlərindən biri vurğulayıb.

Bundan əvvəl isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Şimali Koreyanın ballistik raket proqramını təkmilləşdirməkdən əl çəkməyəcəyini bəyan etmişdi.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 21 iyunda bildirmişdi ki, Şimali Koreya nüvə sınaqlarının həyata keçirildiyi 4 iri poliqonu ləğv edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Koreya   nüvə  





Xəbər lenti