ABŞ-da miqrantlara silahlı hücum edilib

ABŞ-da miqrantlara silahlı hücum edilib
  02 İyul 2018    Oxunub:1645
ABŞ-ın İdaho ştatında Suriya, İraq və Efiopiyadan gələn miqrantlara silahla hücum edilib.
AzVision.az “USA Today”ə istinadən xəbər verir ki, İdahonun mərkəzi Boyse şəhərində 3 yaşlı uşağın ad gününü qeyd etmək üçün yığışan miqrantlar evdəki şənliyə basqın edən 30 yaşlı ABŞ vətəndaşı Timmi Kinner tərəfindən bıçaqlanıblar.

Kütləvi bıçaqlanmada 9 miqrant yaralanıb. Onlardan 6-sı 3-12 yaşlı uşaqlardır. Xəstəxanaya yerləşdirilən zərərçəkənlərdən 4-nün vəziyyəti ağırdır.

ABŞ polisi bıçaqlı hücumu gerçəkləşdirən Kinneri hadisə yerinin yaxınlığında ələ keçirib. Onun ad günü şənliyi keçirilən eyni binada yaşadığı və əvvəllər məhkum olunduğu üzə çıxıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   miqrant  





Xəbər lenti