Rəsul Quliyev: müxalifət üçün hər şey bitdi
Qeyd edək ki, bu, artıq ən azı həftədə bir dəfə təkrar olunan vəziyyətdir-Milli Şura, oradakı qüvvələr Milli Şuranın üzvü Rəsul Quliyev tərəfindən ittiham olunur, aşağılanır. Milli Şuradakı qüvvələrin buna dözümü, heç bir tədbir görməməsi isə heyrət doğurur. Milli Şura, əsasən də seçki kampaniyasının ağırlığını üzərinə götürmüş partiyalar Rəsul Quliyevin bu qədər ittihamlarına niyə dözürlər?
Müsavat Divanın üzvü Tural Abbaslı bildirdi ki, Rəsul Quliyev Cəmil Həsənlinin seçki kampaniyasının gedişində olduğu kimi, seçkidən sonra da hakimiyyətin xoşuna gəlməyə və Azərbaycana qayıdışına yaşıl işıq yandırılmasına nail olmağa hesablanan çıxışlar edir: “Bu adamın bütün fəaliyyəti Milli Şuranın tənqid və təhqir etməkdir. Mən hesab edirəm ki, ona dözdüyümüz yetər Milli Şuranın növbəti sessiyasında Rəsul Quliyevin qurumdan xaric edilməsi məsələsi qoyulmalıdır. Milli Şuraya heç bir köməyi dəyməyən, əksinə Milli Şuraya qarşı təbliğat aparan şəxsin orada saxlanması cəmiyyətdə də haqlı suallar yaradır”.
Teqlər: