Fransada diplomatik qalmaqal – Səfir prezidenti ifşa etdi

Fransada diplomatik qalmaqal – Səfir prezidenti ifşa etdi
  02 İyul 2018    Oxunub:1864
Fransa prezidenti Emmanuel Makron Macarıstandakı səfiri Erik Furnieni işdən qovub.

AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb Furnienin Makronun apardığı siyasətin əleyhinə danışması və Fransa cəmiyyətinin miqrantlara qarşı əsl simasını göstərməsidir.
Belə ki, Fransa prezidentinə göndərilən Furnienin söhbətinin əks olunduğu məxfi yazını Fransanın kəşfiyyata bağlı "Mediapart" saytı dərc edib. Yazıda Fransanın Macarıstandakı səfiri Erik Furnie miqrantlarla davranmaqda Macarıstanın “nümunə” ölkə olduğunu və Macarıstan baş naziri Viktor Orbanın populizmdə itiham edilməsini medianın quraşdırdığı oyun olduğunu deyib.

Furnie, həmçinin bildirib ki, Macarıstanı antisemitizmdə günahlandıran Fransa mediasının əsas məqsədi Fransa və Almaniyanın özündəki “əsl antisemitizmdən” diqqəti yayındırmaqdır.

Səfiri işdən azad edən Makron vurğulayıb ki, Furnienin baxışlarını bölüşmür və onun söylədikləri Fransanın rəsmi siyasəti və mövqeyini əks etdirmir. “Bu səfir həmin sözləri ictimai formada səsləndirsəydi, o zaman dərhal vəzifəsindən azad olunardı”, – deyə məsələni şərh edən Fransa prezidenti Brüsseldəki mətbuat konfransında vurğulayıb.

Qeyd edək ki, qatı avrofil (Avropa İttifaqının bütövlüyünün qorunub saxlanmasının tərəfdarı) olan Makron Macarıstanın baş nazirini demokratik dəyərlərə hörmətsizlikdə və miqrantları qəbul etməməkdə ittiham edir. Orban isə öz növbəsində, Makronun hələ “təzə uşaq” olduğunu demişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Fransa   miqrant   Macarıstan  



Xəbər lenti