Bolqarıstanda erməni işğalı barədə veriliş yayımlanıb

Bolqarıstanda erməni işğalı barədə veriliş yayımlanıb
  02 İyul 2018    Oxunub:3148
Bolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı tacavüzü ilə bağlı müfəssəl material yayımlanıb.
Xarici İşlər Nazirliyindən AzVision.az- a verilən məlumata görə, 2016-cı ilin aprel hadisələrindən sonra Bolqarıstanın BTV telekanalı Dağlıq Qarabağa gedib.

Azərbaycan XİN-nin etirazından sonra Azərbaycana çəkiliş qrupu göndərilib. Bolqarıstan mediası təmas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı və sair məqamlar, o cümlədən münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə obyektiv veriliş hazırlayıb.

Bu verilişə görə Bolqarıstan erməniləri jurnalistə və televiziyaya qarşı hücuma keçiblər.

AzVision.az


Teqlər: Bolqarıstan  





Xəbər lenti