Sarkisyanın qardaşının ölkədən çıxışına qadağa qoyuldu

Sarkisyanın qardaşının ölkədən çıxışına qadağa qoyuldu
  02 İyul 2018    Oxunub:2478
Ermənistanın sabiq prezidenti, keçmiş baş nazir Serj Sarkisyanın qardaşı, ölkənin xüsusi məsələlər üzrə səfiri Lev Sarkisyan və övladları qanunsuz olaraq 6,8 milyon dolları müvafiq qurumlardan gizlətməkdə ittiham olunurlar.
Bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi məlumat yayıb. İttiham aktında qeyd olunub ki, L.Sarkisyan, oğlu Narek və qızı Ani cinayət əməlində şübhəli bilinirlər.

“C-el-C layihə şirkəti” Səhmdar Cəmiyyətinin ofisində aparılan axtarış nəticəsində müəyyən olunub ki, 2017-ci ilin ikinci yarısında onların adına Ermənistan banklarından biri pul köçürüb. Onlar bu məbləği vergi bəyannaməsində göstərməyiblər.

Hüquq-mühafizə orqanları Lev, Narek və Ani Sarkisyanların şəhərdən çıxışana qadağa qoyub. Onların dilindən paytaxt İrəvanı tərk etməmək barədə iltizam alınıb.

AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti