Yeni nüvə bombası sınaqdan keçirildi

Yeni nüvə bombası sınaqdan keçirildi
  02 İyul 2018    Oxunub:2346
ABŞ-ın Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Nüvə Təhlükəsizliyi İdarəsi və ölkənin Hərbi Hava Qüvvələri B61-12 idarəolunan nüvə bombasının sınağını keçirib.
TASS-ın məlumatına görə, sınaqlardan 2-si iyunun 9-da Nevada ştatında yerləşən “Tonopa” poliqonunda baş tutub. Sınaq zamanı nüvə başlığı olmayan bomba B-2 “Spirit” bombardmançı təyyarəsindən atılıb.

“Uçuş sınaqları B61-12 bombasının dizaynının sistem tələblərinə cavab verdiyini və onun milli təhlükəsizlik tələblərinə uyğun gəldiyini nümayiş etdirib”, - deyə Milli Nüvə Təhlükəsizliyi İdarəsinin nümayəndəsi general Maykl Lutton bildirib.

B61-12 idarəolunan bombanın istifadəsi ABŞ-ın nüvə arsenalındakı B61 bombasının mövcud variantlarını əvəzləməyə imkan verəcək. Bu bombaların 2020-ci ildə istehsal olunacağı bildirilir.

AzVision.az


Teqlər: ABŞ   Nüvə  





Xəbər lenti