Şamaxıda zəncirvari qəza

Şamaxıda zəncirvari qəza
  15 Oktyabr 2013    Oxunub:1367
Hadisə nəticəsində 3 avtomobil bir-biri ilə toqquşub.
Ötən gecə saat 23.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 121-ci km-də avtomobil qəzası baş verib. AzVsison.az Ans Press -ə istinadən xəbər verir ki, Şamaxıdan Ağsu istiqamətində hərəkətdə olan 10 KT 536 dövlət qeydiyatlı “NIVA” markalı avtomaşın əks istiqamətdə hərəkətdə olan “Mitsubishi Pajero” markalı avtomaşınla toqquşub. Toqquşma nəticəsində “Mitsubishi” qarşı tərəfdən gələn digər maşın “Vaz 21 015” markalı 90 MX 015 dövlət qeydiyat nişanlı maşına dəyərərək dayanıb.

Avtomaşınlarda olan, 1959 cü il təvəllüdlü Qəhrəmanov Qəhraman Səlim oğlu, 1981 ci il təvəllüdlü Vahabov Taleh Ağaəhməd oğlu, 1941 ci il təvəllüdlü Süleymanov Vaqif Soltanpaşa oğlu, 1946 cı il təvəllüdlü Şükürov Əlislam Allahverən oğlu yüngül bədən xəsarətləri ilə Şamaxı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Yaralılar amblator müayinə olunduqdan sonra xəstəxanadan evə buraxılıblar.

Baş vermiş Faktla bağlı Baş dövlət yol polisi tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti