Elmar Məmmədyarov səfirlə görüşdü

Elmar Məmmədyarov səfirlə görüşdü
  05 Mart 2013    Oxunub:1435
Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri İnayat Ullah Kakarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
AzVision.az-a nazirliyin mətbuat xidmətin verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov iki ölkə arasında mövcud olan yüksək səviyyəli dostluq və tərəfdaşlıq münasibətlərindən məmnunluq bildirib və səfirin ölkəmizdə fəaliyyəti müddətində bu münasibətlərə verdiyi töhfəni yüksək qiymətləndirib. O, həmçinin, ölkəmizin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda qarşılıqlı münasibətlərin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə Pakistan dövlətinə təşəkkür edib və səfir İnayat Ullah Kakara gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir İnayat Ullah Kakar öz növbəsində yüksək səviyyəli münasibətlərdən məmnunluq bildirərək, bu əlaqələrin müxtəlif sahələr üzrə genişləndirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. Ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsində daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və bundan sonra da istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində bu dəstəyi davam etdirəcəklərini vurğulayıb. Pakistan səfiri ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd etmiş və bir daha ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.



Teqlər:  





Xəbər lenti