Tramp Putinlə “gizli” görüşmək istəyir

Tramp Putinlə “gizli” görüşmək istəyir
  03 İyul 2018    Oxunub:1841
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Helsinkidə keçirəcəyi görüşdən əvvəl onunla təkbətək danışmaq istəyir.

AzVision.az xəbər verir ki, bu barədə CNN diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, 16 iyulda Helsinkidə keçiriləcək ABŞ-Rusiya sammitində Tramp nümayəndə heyətinin digər üzvləri ikitərəfli danışıqlara qatılmadan öncə Putinlə təkbətək görüş keçirməyi planlaşdırır.

Sinqapurdakı ABŞ-Şimali Koreya sammitində Tramp yalnız tərcüməçilərin iştirakilə Kim Çen Inla 1 saata yaxın təkbətək söhbət aparmışdı.

Xatırladaq ki, 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq Tramp-Putin danışıqlarının əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhran olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Helsinki   sammit  





Xəbər lenti