ABŞ konqresmenləri Rusiyada danışıqlar aparır

ABŞ konqresmenləri Rusiyada danışıqlar aparır
  03 İyul 2018    Oxunub:2823
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ Konqressinin bir qrup üzvü arasında görüş keçirilib.
AzVision.az “Russia Today”ə istinadən xəbər verir ki, ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivlərinin müzakirə olunduğu danışıqlarda amerikalı konqressmenlər 16 iyulda Helsinkidə keçiriləcək ABŞ-Rusiya sammitinin əhəmiyyətini vurğulayıblar.

Senatın komitə rəhbərlərindən biri, respublikaçı konqressmen Riçard Şelbi bildirib ki, Vaşinqton Rusiyaya düşmən kimi deyil, super güc kimi baxmalıdır. Onun fikrincə, ABŞ-la Rusiya arasında müxtəlif məsələlərdə fikir ayrılıqları olsa da, dialoqun davam etdirilməsi olduqca vacibdir. Lavrov isə öz növbəsində ümid edib ki, konqressmenlərin səfəri iki ölkə parlamentləri arasında münasibətlərin bərpasına gətirib çıxaracaq.

Qeyd edək ki, bir qrup amerikalı konqressmen Rusiyada rəsmi səfərdədir. Lavrovla danışıqlardan öncə onlar Sankt-Peterburqda bir sıra rəsmi görüşlər keçiriblər. Bu gün həm də Rusiya Federasiya Məclisinin hər iki palatasının üzvlərilə danışıqlar aparılacaq. ABŞ konqressmenlərindən ibarət nümayəndə heyəti Rusiya parlamentindəki görüşlərin bağlı qapılar arxasında, mediaya qapalı rejimdə keçirilməsini istəyiblər.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   ABŞ   Konqress  





Xəbər lenti