Kərkükdə ən böyük terror yuvası məhv edildi

Kərkükdə ən böyük terror yuvası məhv edildi
  03 İyul 2018    Oxunub:3005
İraq silahlı qüvvələri İŞİD terrorçularının Kərkük şəhərindəki ən böyük yuvasını məhv ediblər.

AzVision.az xəbər verir ki, bu barədə "Al Sumaria" telekanalı İraq kəşfiyyatındakı mənbəyə istinadən məlumat verib.
Qeyd olunub ki, aparılan anti-terror əməliyyatları nəticəsində Kərkükdə 14 terrorçu zərərsizləşdirilib. Onların içərisində İŞİD-in Kərkükdəki terror şəbəkəsinin lideri Əbu Anas əl-İraqi də var.

Terrorçular silsilə cinayətlər və oğurluq törədib, Kərkükdə saxta nəzarət-buraxılış məntəqələri qurublar. İŞİD yuvasının məhv edilməsi üzrə əməliyyatda terrorçuların əyalətlərə hücum planları və xəritələri də ələ keçirilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Kərkük   Terror  





Xəbər lenti