Ermənistanın sabiq müdafiə naziri axtarışa verilib

Ermənistanın sabiq müdafiə naziri axtarışa verilib
  03 İyul 2018    Oxunub:2734
Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan axtarışa verilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Arutyunyan 2008-ci ildə prezident seçkiləri ilə əlaqədar keçirilmiş etiraz aksiyaları zamanı zorakılıq törətməkdə ittiham olunur.

Bundan əlavə, keçmiş nazir konstitusion rejimin devrilməsinə cəhddə təqsirli bilinir.

Qeyd edək ki, M.Arutyunyan 2007-2008-ci illərdə Ermənistan müdafiə naziri vəzifəsində işləyib.

AzVision.az


Teqlər: Ermənistan   Müdafiə-naziri   Axtarış  





Xəbər lenti