Aİ vahid xarici siyasət kursundan imtina edə bilər

Aİ vahid xarici siyasət kursundan imtina edə bilər
  03 İyul 2018    Oxunub:3351
Avropa İttifaqı (Aİ) Parlamentinin ən çox nümayəndəsi və nüfuzlu fraksiyası olan Avropa Xalq Partiyasının sədri Manfred Veber Avstriyanın baş naziri Sebastian Kurzu Aİ Şurasında xarici siyasət məsələləri üzrə qərarların qəbulu zamanı yekdillik prinsipindən imtina edilməsinə dair təklif irəli sürməyə çağırıb.
AzVision.az xəbər verir ki, iyulun 1-dən etibarən Aİ Şurasına sədrlik rotasiya qaydasına uyğun olaraq Bolqarıstandan Avstriyaya keçib. Vyana xarici siyasət sahəsi istisna olmaqla, Aİ ölkələrinin digər sahələr üzrə nazirlik şuralarının sektoral işini koordinasiya edəcək. Xarici siyasət məsələləri isə Aİ-nın bu sahə üzrə ali nümayəndəsi Federika Moqerininin səlahiyyətindədir.

Bu mənada Veberin fikrincə, xarici siyasət üzrə qərarların qəbulunda yekdillik prinsipindən imtina edilməsi Aİ-nı beynəlxalq arenada tamhüquqlu oyunçu edəcək yeganə imkandır.

“Bir neçə gündən sonra Donald Tramp və Vladimir Putin Helsinkidə görüşəcəklər. Və biz özümüzdən soruşmalıyıq: hələ də tərəfdaş olaraq qalırıq, yoxsa tamaşaçıyıq? Bu, qitənin güclü qalması üçün vacibdir. Əgər beynəlxalq səhnədə rol almaq istəyiriksə, Sebastyanı Aİ Şurasında yekdillik prinsipindən imtina edərək, əksər səs çoxluğuna keçməyə çağırıram”, - deyə Veber Strasburqda Avropa Parlamentinin plenar iclasındakı çıxışında deyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Avropaittifaqı   Strasburq   parlament  





Xəbər lenti