İraq və Türkiyə PKK-ya qarşı birləşdi
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) İraqın şimalının PKK terrorçularından təmizlənməsi üzrə əməliyyatları davam etdirir. Əməliyyatların başlıca məqsədi Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək, PKK terrorçularının həmin ərazilərdəki sığınacaqlarını dağıtmaq, onların Türkiyə ərazisinə keçmələri, həmçinin silah-sursat ötürmələrinin qarşısını almaqdır. Hərbi əmləiyyatların yekun hədəfi isə İraqın şimalındakı Qəndil şəhərini təmizləməkdir. Çünki PKK teror təşkilatının əsas yuvası Qəndil şəhərinin dağlıq ərazisində yerləşir və terrorçuların bütün koordinasiyası buradakı mərkəzdən idarə olunur. TSQ İraqın Suriya ilə sərhəddindəki Sincar şəhərində də əməliyyatlar aparmaq niyyətindədir. Çünki PKK buranı ikinci Qəndilə çevirmək istəyir.
Bundan əvvəl İraqın baş naziri Heydər əl-İbadi bəyan etmişdi ki, PKK ilə mübarizədə İraqın suverenliyinin pozulmasını qəbul etməyəcəklər. Odur ki, Ankara PKK terrorçularına qarşı hərbi əməliyyatlarda əməkdaşlığa dair ABŞ və İraq hakimiyyətilə, o cümlədən İraqın şimalındakı kürd muxtariyyətinin rəhbərliyi ilə müzakirələr aparır.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Türkiyə İraq Suriya PKK