ABŞ Avropada yeni nüvə silahları yerləşdirir

ABŞ Avropada yeni nüvə silahları yerləşdirir
  03 İyul 2018    Oxunub:2726
ABŞ Avropadakı hərbi bazalarında modernləşdirilmiş yeni nüvə silahları yerləşdirmək niyyətindədir. AzVision.az bildirir ki, bu barədə RİA Novosti”yə diplomatik mənbədən xəbər verilib.
Məlumata əsasən, köhnə qitədə yeni nüvə silahlarının yerləşdirilməsi məsələsi NATO-nun 11-12 iyulda Brüsseldə keçiriləcək sammitində də müzakirəyə çıxarılacaq. Söhbət 1960-cı illərdən bəri Almaniya, Niderland, Belçika, İtaliya və Türkiyədə yerləşən B61 ABŞ taktiki bombalarının GPS sistemilə təchiz edilən B61-12 nüvə döyüş başlıqlarına transformasiyasından gedir.

Qeyd edək ki, ABŞ Konqressinin büdcəyə nəzarət idarəsinin hesablamalarına görə, 30 il (2017-2046) ərzində ABŞ taktiki nüvə qüvvələrinin modernləşdirilməsi üçün Vaşinqton 25 milyard dollar ayırmağı planlaşdırır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Avropa   nüvəsilahı  





Xəbər lenti