Koçaryan istintaqa cəlb edilib

Koçaryan istintaqa cəlb edilib
  03 İyul 2018    Oxunub:3253
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan 2008-ci il prezident seçkilərindən sonra hökumətin dinc əhaliyə qarşı güc tətbiq etməsilə əlaqədar başladılan araşdırma çərçivəsində Xüsusi İstintaq Komitəsinə çağırılıb.
Həmin gün polisin dinc etirazçılara qarşı silah tətbiqi ilə bağlı Koçaryanın ifadəsi alınıb.

2008-ci il martın 1-də aksiya iştirakçıları Serj Sarkisyanın prezident seçilməsinə etiraz edirdilər. İrəvanda polislə aksiya iştirakçıları arasında baş vermiş toqquşma nəticəsində onlarla dinc etirazçı qətlə yetirilmişdi.

Qeyd edək ki, Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan da 2008-ci il martın 1-də baş vermiş hadisələrdə ittiham olunur.


Leyla Elbrusqızı
AzVision.az



Teqlər:





Xəbər lenti