Müdafiə Nazirliyi: `Səfirin sözləri olduğu kimi yayılıb`
Biz buna təəssüfümüzü ifadə edirik. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, rəsmi məlumatın səfirə aid olan hissəsində heç bir təhrifə yol verilməyib, onun sözləri olduğu kimi yayılıb. Əgər səfirlik mövqeyində israr edərsə, Müdafiə Nazirliyi səfir Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırdır.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti görüş zamanı heç bir qeyri-dəqiqliyə və doğru olmayan fikirlərin yayılmasına yol vermədiyini bir daha bəyan edir.